Əfsanəvi aktyor Çak Norris 20 mart tarixində 86 yaşında vəfat edib. Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilir ki, aktyor ölümündən bir gün əvvəl Havay adalarında xəstəxanaya yerləşdirilib, lakin hospitalizasiyanın səbəbi açıqlanmayıb.
“Halları məxfi saxlamaq istəsək də, bilin ki, o, ailəsinin əhatəsində idi və sakit şəkildə dünyasını dəyişdi”, – deyə aktyorun yaxınları bildirib.
Çak Norris 10 mart 1940-cı ildə ABŞ-ın Oklahoma ştatında anadan olub. ABŞ Hərbi Hava Qüvvələrində xidməti dövründə cüdo və digər döyüş sənətləri ilə məşğul olmağa başlayıb, qısa müddətdə qara kəmər qazanıb və daha sonra onlarla karate məktəbi açıb.

Onun ilk rolu Brüs Li ilə birlikdə çəkildiyi “Əjdahanın yolu” filmində olub, lakin bu film ona böyük şöhrət qazandırmayıb. Aktyorun dünya miqyasında tanınması isə “Kruotoy Uoker: Texas ədaləti” serialındakı rolu ilə baş verib.


