Türkiyəli teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib. Sənətçi xüsusilə məşhur “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen Hala obrazı ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanmışdı.
Bildirilir ki, Tuncerə bir müddət əvvəl 4-cü mərhələ beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. O, Yıldız Kenter və Ayla Algan kimi tanınmış sənətkarlardan təhsil alıb.

Peşəkar teatr fəaliyyətinə 1968-ci ildə Gülriz Sururi–Engin Cezzar Teatrında səhnələşdirilən “Zilli Zarife” tamaşası ilə başlayıb.
Teatrla yanaşı, kino və televiziya sahəsində də çoxsaylı layihələrdə iştirak edən Tuncer təxminən 40 filmdə rejissor köməkçisi və assistent kimi çalışıb. O, “Aşk-ı Memnu”da yaratdığı Arsen Hanım obrazı ilə geniş tanınıb.
Aktrisa “Soğuktu ve Yağmur Çiseliyordu” (1991) və “Bir Tren Yolculuğu” (1988) kimi ekran işlərindəki performansına görə müxtəlif festivallarda “Ən yaxşı ikinci plan qadın aktyoru” mükafatlarına layiq görülüb.

