16 
mar
2024
12:15
151

Bu ərazilərə qar yağacaq, dolu düşəcək - Sabahın havası

16 mar, 2024
12:15
151

Bu ərazilərə qar yağacaq, dolu düşəcək - Sabahın havası

Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar