16 
apr
2024
12:23
54

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

16 apr, 2024
12:23
54

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

“Den.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəlki Qərarın müddəti aprelin 2-də bitib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar