may
2024
16:53
272

Manatın aqibəti ilə bağlı ŞOK PROQNOZ: Bu tarixdə...

3 may, 2024
16:53
272

Manatın aqibəti ilə bağlı ŞOK PROQNOZ: Bu tarixdə...

2025-ci ilin sonu, 2026-cı ilin əvvəllərində manatın məzənnəsi dəyişə bilər.

Den.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, hazırda müsbət tendensiya olsa da, bu, qarşıdakı illərdə dəyişəcək:

"Bildiyimiz kimi, Azərbaycanda inzibati məzənnə rejimidir. Yəni, məzənnə Mərkəzi Bank və hökümət tərəfindən tənzimlənir. Bizdə bazar iqtisadiyyatı işləmir, üzən məzənnə rejiminə keçmək mümkün olmadı. Ona görə də, inzibati qərarla məzənnə dəyişə bilər. İndi bizdə 8-ci ildir ki, sabit məzənnə rejmidir, 9-cu ilə keçir.

Bu il ərzində hansısa məzənnə dəyişikliyinin olacağını düşünmürəm. Çünki həm ticarət balansında, həm tədiyyə balansında müsbət saldo var, kifayət qədər güclü mövqelər var. Lakin bu o demək deyil ki, uzun illər də belə qalacaq. Düşünürəm ki, bu il olmasa da, gələn ilin sonu, 2026-cı ilin əvvəllərində, yəni 1 il, il yarımdan sonra məzənnə ilə bağlı bir qərarın verilməsi labüd olacaq".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar