Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilib.
Den.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
Bakı şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Bakı şəhəri), Sumqayıt şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Sumqayıt şəhəri) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə, bu Qərarın 1-ci hissəsi ilə Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin inzibati ərazisidə müəyyən olunan şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə tariflərin yuxarı həddində təsdiq edilib.
Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilib.
Müəyyən edilib ki, sərnişinlərin üç ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.
Bu Qərar nəzərə alınmaqla, müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında baqajın daşınması xidmətlərinin tarifləri hər on kilometr məsafə üzrə bir kiloqram çəki üçün 0,08 qəpik təsdiq edilib.
Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Qəsəbələrarası marşrutlarda gedişhaqqının yeni qiyməti

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.