Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.
Den.az Report-a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ittiham verilib.
Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.