Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir.
Den.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Xidmət rəsmisi əlavə edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
“Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək”.
Külək güclənir - Bu tarixədək davam edəcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.