COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda tədbir keçirilib.
“Den.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin (ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (Ramsar Konvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak edib.
Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub .
Tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb.
COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.