Bakıdakı "Ask plaza" fəaliyyətini dayandırır.
Den.az modern.az-a istinadən xəbər verir ki, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir.
Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib. ASC-nin tərkibində fəaliyyət göstərən 3 müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, digər müəssisələr ləğv edilib.
"Ask plaza"nı idarə edən "ASK Xidmət” MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC "ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, "ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, "AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.
Nazirlər Kabinetinə MMC-ni ləğv etmək tapşırılıb. Müəssisənin ləğv edilməsindən sonra "Ask plaza"nın da fəaliyyətini dayandıracağı gözlənilir.
Bakıda məşhur plaza bağlanır - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.