Tanınmış teleaparıcı narkotik asılılığından qurtulmağa çalışır.
Den.az Xezerxeber.az-a istinadən xəbər verir ki, zərərli vərdişin qurbanı olan Xose Bernado narkomaniyadan qurtulmaq üçün hazırda reabilitasiya mərkəzlərinin birində müalicə alır.
O, başına gələnləri “Xəzər Xəbər”ə danışıb: “Həyatımda belə bir məqam oldu ki, seçim etməli oldum: ya yaşamalıyam, ya həbsxanada olmalıyam, ya da dünyamı dəyişməliyəm. Mən yaşamağı seçdim. Allaha şükür olsun ki, belə yerə gəldim, qapı açdılar. Sağlam olmağı seçdim, yaşamaq istəyirəm”.
Mərkəzin rəhbəri Rəşad Eyvazov isə deyib ki, Xose Bernadonun müalicəsində 12 addım üsulundan istifadə ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
"Yaşamaq istəyirəm"-Tanınmış teleaparıcı narkotik asılılığından əziyyət çəkir -VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.