avq
2023
16:50
191

Rəşad Dağlının məhkəməsində maraqlı məqamlar - Tanınmış meyxanaçı ilə... - VİDEO

2 avq, 2023
16:50
191

Rəşad Dağlının məhkəməsində maraqlı məqamlar - Tanınmış meyxanaçı ilə... - VİDEO

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsində bəzi məqamlar üzə çıxıb.

Den.az xəbər verir ki, bu barədə jurnalist Orxan Rasifoğlu sosial şəbəkədə paylaşım edib.

Belə ki, tanınmış meyxanaçı ilə zərərçəkmiş şəxsin hüquqi varisi və digər ailə üzvləri ilə barışıq olub. Onların Rəşad Əmirovdan heç bir şikayəti və tələbi olmayıb.

Həmçinin hadisə baş verərkən Rəşad Dağlı spirtli içkidən istifadə etməyib. Qətl baş verən gün tanınmış meyxanaçı heç kimi görüşə çağırmayıb. Onu görüşə həyatını itirən İsgəndər Mehdiyev çağırıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı videoda izləyə bilərisniz:
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar