“Son uçuşa gedəndə yolda mehriban danışa-danışa, şirin dillə apardım ötürdüm ikinci terminala. Saat 6 idi. 12-də yenidən gedib qarşılamalı idim. Qismət olmadı. Son reysdə Allah müşayiət edib cənnətə apardı”.
Den.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev “İTV Xəbər Yekun”a müsahibəsində deyib.
E.Əliyev müsahibəsində xanımının itkisindən sonrakı həyatını, onunla bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, Hökümə Əliyeva Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsində (red.-Bakı–Qroznı reysini həyata keçirərkən) baş verən qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
“Son uçuşa gedəndə yolda…” – Hökümənin əsas istəyi bu imiş / VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.