“Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub.
“Den.az” “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu gətirilib. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Əmr imzalayıb.
Məlumata görə, N. Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda “Aqroservis” ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.
Qeyd edək ki, bu ilin yanvar ayında “Aqroservis”in İdarə Heyətinin sədr müavini İlyas Həsənov vəzifəsindən azad edilib.
Xatırladaq ki, N.Alıyev uzun müddət “Təmiz Qaz” QSC-nin direktoru vəzifəsində çalışıb və “AAN Group” şirkətinin də rəhbəridir.
Nazir onu vəzifəyə təyin etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.