Bakı şəhərində yeni park salınır.
Den.az Report-a istinadən xəbər verir ki, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar” parkının olduğu ərazidə salınır.
Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.
Qeyd edək ki, ümumilikdə yeni parkın salınmasının iyul ayının sonlarında başa çatacağı nəzərdə tutulur.
Bakıda məşhur restoranın yerində park salınır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.