Azərbaycanlı aktyor İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.
Den.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!”, - o, şərhini yazaraq, əlinin əsmə anını izləyiciləri ilə bölüşüb.
Onun xəstəxanaya yerləşdirilmə səbəbi hələlik məlum deyil.