Prezident İlham Əliyev sosial müavinət və təqaüd məbləğlərinin artırılması barədə fərman imzaladı.
Den.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara verilən müavinət və təqaüdlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. Məsələn, orqanizmin funksiyalarının 81-100 faiz pozulması ilə bağlı əlilliyi olan şəxslərə sosial müavinət 300 manata çatdırılıb. Şəhid ailələri üçün Prezident təqaüdü 700 manat müəyyən olunub.
Fərmanla həmçinin Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”, Milli Qəhrəmanı və digər fəxri adlara malik şəxslərə verilən aylıq təqaüdlərin məbləği də artırılıb. Məsələn, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən şəxslərə təqaüd 2200 manat olacaq.
Nazirlər Kabineti sosial müdafiə sahəsində zəruri tədbirləri həyata keçirmək və fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu addım əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.