Sabah hava meteohəssas insanlar üçün əlverişsizdir.
Denmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Oktyabrın 21-də Abşeron yarımadasında gündüz saatlarında xəzi küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər", - deyə məlumatda qeyd olunub.