Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

