Azərbaycanın bir sıra rayonlarında 8–9 fevral tarixlərində külək güclənəcək. Bununla əlaqədar Milli Hidrometeorologiya Xidməti sarı təhlükə səviyyəsi elan edib.
Proqnoza əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlı rayonlarında qərb küləyi əsəcək.
Küləyin sürətinin 13,9–20,7 m/s-yə çatacağı gözlənilir. Mütəxəssislər vətəndaşlara ehtiyatlı olmağı, açıq ərazilərdə və hündür obyektlərin yaxınlığında təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.

