Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlarda tutulacaq, əsasən yağıntı gözlənilmir. Ayrı-ayrı yerlərdə duman ehtimalı var. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətinin DenMedia.az-a verdiyi məlumata görə, havanın temperaturu gecə 5-8°, gündüz 10-14° isti olacaq.
Atmosfer təzyiqi 754-dən 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın bölgələrində də əsasən yağıntı gözlənilmir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 19-24° isti, dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 13-18° isti olacaq.

