Paytaxtın bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 25-də saat 10:00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.

