Bu gün saat 18:45:53-də Bakı vaxtı ilə Azərbaycanda yaz fəsli başlayıb – yaz bərabərliyi baş verib.
Bu anda Günəş ekliptika üzrə hərəkət edərək səma ekvatorunu kəsir və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Nəticədə gecə ilə gündüzün müddəti bərabərləşir, Günəş dəqiq şərqdən doğur və qərbdə batır. Bu andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız başlayır.
2026-cı ildə yaz fəsli 92 gün 17 saat 38 dəqiqə 28 saniyə davam edəcək.
Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi 20 dəfə martın 19-na, 78 dəfə martın 20-nə, yalnız 2 dəfə isə martın 21-nə təsadüf edib.

