Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanda bütün avtovağzallar və avtostansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, martın 19–21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib və nəticədə 38 613 sərnişin mənzil başına çatdırılıb.
Qeyd olunur ki, bu göstərici son illərin rekordudur.
Artan sərnişin axınını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys təşkil olunub.
Bildirilib ki, sərnişinlərin təxminən 60%-i biletləri “biletim.az” portalı vasitəsilə onlayn əldə edib.
Vətəndaşlara səfərləri daha rahat və təhlükəsiz planlaşdırmaq üçün “biletim.az” onlayn xidmətindən istifadə etmək tövsiyə olunur.

