18 aprel tarixində sosial şəbəkələrdə 87 nömrəli məktəbdə təhlükə ilə bağlı paylaşımlar və müəllimlərə qarşı təhqiramiz ifadələr yayılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məlumatlar operativ şəkildə yoxlanılıb və təsdiqini tapmayıb.
Araşdırma zamanı paylaşımların müəllifinin həmin məktəbin 15 yaşlı şagirdi olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Şagirdin valideynləri polis şöbəsinə dəvət olunub və onlarla profilaktik söhbət aparılıb. Faktla bağlı materiallar icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

