Suraxanı rayonunda elektrik xətlərində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, işlər 35/6 kV-luq 360 saylı yarımstansiyadan transformator məntəqəsinə qədər olan ərazini əhatə edəcək.
Bu səbəbdən saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsinin “Bağlar” yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

