Quba rayonunda üç kəndin adının dəyişdirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı qanun layihəsi sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Vladimirovka kəndinin adı Elbir, Alekseyevka kəndinin adı Çınarlı, Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdiriləcək.

