Bu gün, mayın 14-də saat 09:20-dən etibarən bir sıra ərazilərdə qaz təchizatı dayandırılıb.
Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, qaz təchizatı Gədəbəy rayonunda, Ağstafa rayonunun Köçəsgər kəndində, Tovuz şəhərinin bir hissəsində, Tovuz rayonunun Dondar Quşçu və Ocaqlı kəndlərində, həmçinin Şəmkir rayonunun Sarxan yaşayış massivində, Çənlibel, Qasımalılar, Xacallar, Şəhidlər, Günəşli, Dağ Cəyir, Yuxarı Çaykənd, Yeni Göyçə və Aşağı Çaykənd kəndlərində müvəqqəti olaraq dayandırılıb.
Bundan əlavə, məhdudiyyətlər qeyd olunan rayonlardakı bəzi sənaye müəssisələrini də əhatə edəcək.

