Bakıda və Abşeron yarımadasında sutka ərzində 116 mm yağıntı düşüb. Bu isə aylıq normanın 589 faizi deməkdir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 18-i saat 11:00-a olan məlumata görə, ölkənin bəzi rayonlarında arabir şimşəkli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakter daşıyıb. Şahdağda isə qar yağıb.
Bakı və Abşeron yarımadasında mayın 18-i gecə saatlarından etibarən yağışlar dayanıb. Bununla belə, ölkənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

