Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gün ərzində temperaturun 23 dərəcəyədək yüksələcəyi gözlənilir. Axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var.
Bölgələrdə isə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Xüsusilə şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.

