Azərbaycanda qeyri-sabit və yağışlı hava şəraiti mayın 25-i axşamadək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi rayonlarda yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışlar da proqnozlaşdırılır.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

