İyulun 25-də Bakı və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Gün ərzində şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 22–26 dərəcə, gündüz isə 33–38 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60–70 faiz, gündüz isə 40–50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli zəif yağış, şimşək və dolu ehtimalı var. Dağlıq rayonlarda bəzi yerlərdə duman müşahidə oluna bilər.
Gün ərzində ayrı-ayrı yerlərdə mülayim şərq küləyi güclənəcək.
Havanın temperaturu gecə 22–27 dərəcə, gündüz 35–39 dərəcə isti, dağlarda gecə 15–20 dərəcə, gündüz isə 25–30 dərəcə isti olacaq.

