İyulun 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli keçəcək, cənub-şərq küləyi əsəcək.
Paytaxtda və yarımadada havanın temperaturu gecə 22–25 dərəcə, gündüz isə 31–36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70–75 faiz, gündüz isə 45–50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22–26 dərəcə, gündüz 35–39 dərəcə isti olacaq. Dağlarda isə gecə 13–18 dərəcə, gündüz 24–29 dərəcə isti gözlənilir.

