İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda havanın temperaturu gecə 22–25 dərəcə, gündüz isə 30–35 dərəcə isti olacaq.
Atmosfer təzyiqinin 756 millimetr civə sütunu, nisbi rütubətin isə gecə 70–75, gündüz 45–55 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycanın əksər rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarından bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 23–27, gündüz 34–38 dərəcə isti, dağlarda isə gecə 14–18, gündüz 22–27 dərəcə isti olacaq.

