Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə həbs edilib.
Den.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə açılmış işin istintaqı başa çatıb. İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə bildirilib ki, ETSN-in Meşələrin İnkişafı Xidmətinin Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktoru İlqar Qəribov 2020-ci ildə vəzifədən azad edilib. İşində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi açılan və həbs edilən İ.Qəribovun yerinə həmin vaxt 1983-cü il təvəllüdlü Alim Əlizadə təyin edilib. Lakin sonradan A.Əlizadənin də oxşar əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bir neçə ay əvvəl A.Əlizadə işdən çıxarılıb və barəsində cinayət işi açılıb.
Bildirilib ki, A.Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, söhbətgahların salınması məqsədilə müxtəlif şəxslərdən rüşvət qismində külli miqdarda pul alıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadəyə 8 il 6 ay müddətinə həbs cəzası verilib.
Fotoda: Həbsdə olan digər idarə rəisi İlqar Qəribov
Nazirliyin keçmiş idarə rəisi HƏBS EDİLDİ - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.