Cəmiyyəti düşündürən suallar, gündəmin əsas mövzuları, aktual problemlər və müxtəlif sahələrdə baş verən yeniliklər bundan sonra *“Qırmızı Qələm”*də.
Denemdia.az xəbər verir ki, “Qırmızı Qələm” – təhsil, səhiyyə, sosial həyat, mədəniyyət, elm, texnologiya, iqtisadiyyat, media, idman və digər sahələrdə cəmiyyət üçün əhəmiyyət daşıyan mövzuları gündəmə gətirən yeni media layihəsidir.
Layihənin qonaqları arasında müxtəlif sahələrin tanınmış simaları, ekspertlər, mütəxəssislər, ziyalılar və ictimaiyyət nümayəndələri yer alacaq. Onlarla cəmiyyəti düşündürən problemlər, gündəmin əsas məsələləri və insanların cavab axtardığı suallar ətrafında açıq və səmimi söhbətlər aparılacaq.
“Qırmızı Qələm”in məqsədi sadəcə xəbər vermək deyil. Məqsəd məsələlərə fərqli baxış bucaqlarından yanaşmaq, görünən və görünməyən tərəfləri ortaya çıxarmaq, maraqlı insanları yaxından tanıtmaq və izləyiciyə düşündürücü, faydalı və dolğun məzmun təqdim etməkdir.
Qırmızı Qələm – səhvləri ört-basdır etmək yox, onların altından xətt çəkmək, problemləri göstərməklə yanaşı, onların həllinə də yol axtarmaq üçün var.
Çünki bəzən bir sual, bir fikir, bir müsahibə cəmiyyətdə böyük müzakirənin başlanğıcı ola bilər.
Ellada Rəsul
Denmedia.az

