Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.
Den.az Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.
Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar olaraq, "Sosial müavinətlər haqqında" qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.
Əlavə olaraq 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib. Sözügedən şəxslərə Prezident təqaüdü ilə yanaşı müvafiq əmək pensiyası da ödənilir.
Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, habelə əlilliyi müəyyən edilmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunurlar. Həmçinin 7-ci maddənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğvində iştirak etmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilirlər.
Mənzil Məcəlləsinin 51.3-cü maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, qanunda bununla bağlı hər hansı dəyişiklik həyata keçirilməyib.
Beləliklə layihə uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılmaqla Qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək – Rəsmi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.