okt
2023
15:01
295

Azərbaycanda ŞOK: 70 yaşlı ər-arvad süni mayalanma etmək istədi

6 okt, 2023
15:01
295

Azərbaycanda ŞOK: 70 yaşlı ər-arvad süni mayalanma etmək istədi

Azərbaycanda 70 yaşlı ər və arvad süni mayalanma üçün həkimə müraciət ediblər.
 
Bu barədə Den.az-a yaşlı cütlüyün müraciət etdiyi mama-ginekoloq Şəhla Hüseynova məlumat verib. 



Həkim bildirib ki, sözügedən cütlük bölgələrin birindən gəlibmiş: 
 
“Kişinin birinci həyat yoldaşı rəhmətə getmişdi. Övladları, nəvələri var. Özü 70, ikinci həyat yoldaşı isə 69 yaşında idi. Xanım bu yaşına qədər heç vaxt ailə qurmayıb. Kişi istəyirdi ki, bu xanımdan da uşağı olsun. Mən onları geri qaytardım, çünki süni mayalanmanın müəyyən hədləri var. 70 yaşlarındakı qadına cavan yumurta köçürərək süni mayalanma etsək də, yenə də düzgün deyil. Bu həm də təbiətin əleyhinə getmək deməkdir. 70 yaşında baş tutan hamiləlik hətta qadının ölümü bahasına ola bilər. Digər tərəfdən sosial məsələ də var. İnsan ömrünün ortalama yaş həddini də nəzərə alsaq, doğulan uşaq sonradan çox erkən yaşda valideynini itirəcək. Axı uşağın da həyatını fikirləşmək lazımdır. Bütün bunları nəzərə alaraq cütlüyə süni mayalanma etmədik. Süni mayalanmanın qanuni yaş həddi yoxdur. Lakin təbii ki, sadaladığımız məsələlər nəzərə alınmalıdır”. Pravda.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar