27 
okt
2023
08:39
105
Yuxarı
Bu gündən direktorların işə qəbuluna başlanılır
27 okt, 2023
08:39
105
Bu gündən direktorların işə qəbuluna başlanılır
Bu gündən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
“Den.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.
Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar