21 
okt
2023
13:50
213

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ADPU-nin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib

21 okt, 2023
13:50
213

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ADPU-nin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib.
Den.az-ın yerli bürosunun məlumatına görə, çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. 


Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Şöbə rəisi qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin digər bir çox sahələrinə də sağalmaz yaralar vurur. Ona görə də bu mövzuda hər kəs həssaslıq göstərməli, narkomaniya bəlasına qarşı birlik nümayiş etdirilməlidir.
Sonra mövzu ətrafında digər çıxışlar dinlənilib və tələbələrin sualları cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar