“Biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirmək istəyirik”.
Den.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu gün imzaladığımız strateji tərəfdaşlıq haqqında Xartiya möhkəm təməl təşkil edir və əməkdaşlığımız daha iddialı xarakter alır. Ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərimiz son illər mühüm inkişaf yolu keçib. Əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün göstərdiyiniz səylərə görə komandanıza və sizə (Blinken-red) xüsusi təşəkkürümü bildirirəm. Biz sabit və davamlı sülhü təşviq etmək üçün ABŞ-ın Cənubi Qafqaz regionunda fəaliyyətini dərindən qiymətləndiririk. Ermənistan bu ümumi məqsədə çatmaq üçün ABŞ-la əməkdaşlığı davam etdirməyə sadiqdir. Biz həmçinin ABŞ-la “123 razılaşması” kimi tanınan nüvə əməkdaşlıq müqaviləsi üzrə danışıqlara başlayırıq. Qoy bu xartiya Ermənistan və ABŞ arasında dərinləşən strateji münasibətlər üçün yol xəritəsi rolunu oynasın”, – deyə Mirzoyan vurğulayıb.
Günəş Fərəh
Den.az
“Biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirmək istəyirik” - Mirzoyan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.