"Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya “razı ola bilərik” mesajını verirlər. Ermənistanın Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə edəcəyi haqda yazmışdıq. İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib.
"17 maddəlik mətnin iki maddəsi – beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqı müşahidə missiyası) – razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı. Bir gün sonra – 10 yanvarda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir. Gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri – Aİ missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi. Və Bakıya “Aİ missiyası” tələbinin əvəzinə “Minsk qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər. Bakının qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq.
Günəş Fərəh
Den.az
"Ermənistan Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə edir" - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.