Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha iki il – 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Bu, 17 maddəlik sülh sazişi mətnindəki “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi – imtina edilməsi deməkdir. Və sülh sazişinin imzalanmasını növbəti dəfə sual altına salır.
Mövzunu "Den.az"a siyasi şərhçi Asif Nərimanlı şərh edib.
Hərçənd, AB qüvvələrini sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq:
Birincisi, sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq;
Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə “90 faiz razılaşdırılmış sənədi imzalamaq” qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını “sülhdən yayınan” tərəf kimi təqdim etməyə çalışır. “Razılaşdırılmış maddələr” mövzusunu davam etdirən Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə çalışacaq.
İkincisi, AB qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq;
Ermənistan təklif edir ki, AB missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxarsın. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir: Bakı “üçüncü ölkələrə məxsus qüvvələri” sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir, əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır. Görünür, 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.
Günəş Fərəh
Den.az
İrəvanın sülh planı sual altında - Paşinyanın məqsədi nədir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.