Ermənistanın Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan Özbəkistan, Qazaxıstan və Qırğızıstanı xaosla hədələyib.
DenMedia.az xəbər verir ki, o, Turan ideyasını “Britaniya-Türkiyə planı” adlandırıb. İddia edib ki, məqsəd Ermənistanı parçalamaq, türk ölkələrindən güclü hərbi-iqtisadi blok yaratmaqdır.
Poqosyanın sözlərinə görə, Türkiyə-Rusiya və Çin üzərində hökmranlıq etmək niyyətindədir və türk dövlətləri demoqrafik göstəricilərə görə artıq Rusiyanı üstələyirlər.
Bununla belə, Poqosyan Özbəkistan, Qazaxıstan və Qırğızıstanda xaos olacağını deyib.