Türkiyədə ABŞ dolları yenə bahalaşıb. Ekspertlər bu gün qeydə alınan artımı “sıçrayış” adlandırıblar.
Denmedia.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 42,43 lirəyə satılıb. Bu gün 09:30-da isə 1 dollar alıcılara 42,52 türk lirəsinə təklif olunub.
Günün sonuna kimi dolların ən azı 1 tl də bahalaşacağı gözlənilir.
Türkiyəli iqtisadçılar son bir neçə ildə ABD dollarının 24 saat ərzində bu qədər bahalaşdığını xatırlamadıqlarını deyiblər.

