28 
avq
2023
15:07
219

Ermənistanda əsgər hərbçi yoldaşını və özünü güllələdi

28 avq, 2023
15:07
219

Ermənistanda əsgər hərbçi yoldaşını və özünü güllələdi

Ermənistanda naməlum şəraitdə iki hərbçinin ölməsi ilə başlanan cinayət işinin araşdırılması zamanı hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Den.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.


Məlumata əsasən, dünən yerli vaxtla saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində 2 hərbçidən biri əvvəlcə digərini, sonra özünü güllələyib. Qeyd olunub ki, növbətçi əsgər ona təhkim edilmiş AK-74 silahından rütbəcə özündən böyük hərbçini öldürəndən sonra özünü çənəsindən güllələyib./APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar