Uşağa qarşı tərbiyə məqsədilə fiziki zorakılıq tətbiq edən valideynlər və müəllimlər 200 manatadək cərimələnəcəklər.
Bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 525-1-ci maddədə öz əksini tapıb.
Qanuna əsasən, uşağa qarşı tərbiyə məqsədilə və ya intizam tədbiri kimi cismani cəza tətbiq edən valideynlər (və ya onları əvəz edən şəxslər), təhsil, tibb, sosial, idman, mədəniyyət və asudə vaxt müəssisələrinin əməkdaşları, həmçinin penitensiar müəssisələrin işçiləri 200 manat məbləğində cərimə olunacaqlar.
Bu tədbir törədilmiş əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək.

