Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş səfiri Rəşad Aslanov diplomatik fəaliyyətinə başlayıb.
Diplomat sosial şəbəkə hesabında bildirib ki, etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Baş Protokol İdarəsinin baş direktor müavini Mustafa Cəm Gündüzə təqdim edib.
“Bu gün etimadnaməmin surətini Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Baş Protokol İdarəsinin baş direktor müavini Mustafa Cəm Gündüzə böyük məmnuniyyətlə təqdim etdim”, – deyə Rəşad Aslanov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul tarixli sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Türkiyəyə səfir təyin edilib.

