Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın hazırkı hökumətinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı fərman imzalayıb.
Dövlət başçısının rəsmi saytında dərc olunan sənədə əsasən, hökumətin hazırkı üzvləri yeni hökumət tərkibi təsdiqlənənədək vəzifələrini müvəqqəti icra etməyə davam edəcəklər.
“Qazaxıstan Respublikası hökumətinin yeni tərkibi təsdiqlənənədək öz vəzifələrini icra etməsini qərara alıram. Bu fərman imzalandığı gündən qüvvəyə minir”, – sənəddə bildirilir.
Beləliklə, yeni Nazirlər Kabineti formalaşdırılanadək hazırkı hökumət üzvləri işlərini davam etdirəcəklər.

