Azərbaycan Prezidenti İlham Əliyev Famil Mustafayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Denmedia.az xəbər verir ki, sərəncama əsasən, Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, bu mükafata Azərbaycanda elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Famil Mustafayev Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

